Portfolio Tətbiqlər · AI

OpenTalk AI

İş prosesində Öz layihəm

OpenTalk AI mikrofonu və kompüterin səsini dinləyir, danışılanı canlı yazıya çevirir, seçdiyiniz dilə tərcümə edir və söhbətin kontekstinə uyğun üç cavab variantı hazırlayır. Açıq mənbəli (MIT) layihəmdir, ilkin buraxılış mərhələsindədir: macOS-da (Apple Silicon) sınaqdan keçirilib, Windows versiyası kompilyasiya və testlərdən keçir, real cihazda sınağı davam edir.

OpenTalk AI

Problem

Xarici dildə aparılan zəngdə eyni anda həm dinləmək, həm anlamaq, həm də düzgün cavab tapmaq çətindir.

Nə etdim

  • Canlı transkripsiya: mikrofon və sistem səsi ayrı-ayrı tutulur, kimin danışdığı qarışmır.
  • Canlı tərcümə: rəqəmlər, linklər və sizin lüğətinizdəki terminlər tərcümədə itmir, bu da avtomatik yoxlanılır.
  • Söhbətin gedişinə uyğun, müxtəlif üslublarda cavab təklifləri; qiymət, tarix və ya öhdəlik uydurmur.
  • Ərəb dili dəstəyi: hərəkəli (təşkil) yazı və səsləndirmə. İnterfeys üç dildədir: Azərbaycan, ingilis, rus.
  • Xidmətdən asılı deyil: OpenAI, OpenRouter, Gemini, Claude, DeepSeek, Groq və ya istənilən OpenAI-uyğun xidmət, öz açarınızla.
  • Tam lokal rejim: daxili Whisper və Ollama ilə transkripsiya, tərcümə və cavablar kompüterin özündə işləyir; “yalnız lokal” rejimi bulud sorğularını tətbiqin nüvəsində bloklayır.
  • Məxfilik əsasdır: səs diskə yazılmır, API açarları yalnız əməliyyat sisteminin təhlükəsiz saxlancında durur, heç nə xəbərsiz buluda getmir və heç bir model xəbərsiz yüklənmir.
  • Nüvə Rust-da, 11 ayrı modul (crate) şəklində yazılıb: səs tutma, transkripsiya, tərcümə və cavab generasiyası bir-birindən və AI təchizatçılarından asılı deyil, yeni xidmət əlavə etmək yalnız bir adapter yazmaq deməkdir. unsafe kod qadağandır, hər IPC əmri ayrıca icazə ilə açılır.

Nəticələr

  • Quraşdırma faylı cəmi ~4 MB.
  • 350-dən çox avtomatik test; CI macOS və Windows-da işləyir.
  • Lokal rejim (Whisper + Ollama) macOS-da real modellərlə əvvəldən axıra sınaqdan keçirilib.

Texnologiyalar

  • Tauri 2
  • Rust
  • React 19
  • TypeScript
  • whisper.cpp (Metal)
  • ScreenCaptureKit / WASAPI
  • Ollama
GitHub

Oxşar layihə lazımdır?

Qiymət öyrənin