SMM Basic
- Sosial media idarəetməsi
- Məzmun təqvimi
- 2 platforma
- Aylıq hesabat
Xidmətlər Rəqəmsal marketinq
Reklam büdcəsini müştəriyə çevir. Meta, Google, TikTok və Telegram-da kampaniyaları planlayır, işə salır və optimallaşdırıram — konversiya izləməsi düzgün qurulur, hər manatın nə qaytardığını görürsünüz.
Qısaca
Rəqəmsal marketinq xidmətində mən, İbrahim Əliyev (codeyev), sosial media idarəetməsini (SMM) və Meta (Instagram, Facebook), Google və YouTube, TikTok və Telegram reklamlarını vahid strategiya ilə aparıram: kampaniyaların strukturunu və konversiya izləməsini qurur, optimallaşdırır, hər ay hesabat göndərirəm. SMM paketi ayda 400 AZN-dən, reklamın idarəsi daxil olan paketlər isə ayda 700 AZN-dən başlayır; reklam büdcəsi ayrıca, birbaşa platformalara ödənilir.
Hər platformanın öz auditoriyası və reklam formatları var. Birini seçin — və ya bir neçəsini vahid strategiyada birləşdirin.
Instagram və Facebook lentində, Stories və Reels-də reklam: müraciət, WhatsApp yazışması və satış gətirən kampaniyalar, Pixel və Conversions API ilə ölçmə.
Google axtarışında, YouTube-da və Display şəbəkəsində reklam: sizi artıq axtaran müştərini tutan kampaniyalar və dəqiq konversiya izləməsi.
For You lentində və TikTok axtarışında qısa şaquli videolarla reklam: Spark Ads, uyğun reklam hesabı, TikTok Pixel və Events API ilə ölçmə.
Rəsmi Telegram Ads ilə 1000+ abunəçili ictimai kanallarda sponsorlu mesajlar: kanalınız, botunuz və ya təklifiniz üçün doğru kanalların seçimi.
Rəqəmsal marketinq xidməti «reklamı işə salıb gözləmək» demək deyil: SMM, internet reklamı və analitika burada bir strategiyanın hissələridir. İş dörd hissədən ibarətdir və hamısını bir cavabdeh mütəxəssis kimi özüm aparıram — agentlikdəki kimi menecerlər zənciri olmadan. Bakıdakı və regionlardakı bizneslərlə onlayn işləyirəm.
Reklam üçün landing lazımdırsa, onu da özüm hazırlayıram. Beləliklə reklam, sayt və analitika bir sistem kimi işləyir və nəticə üçün bir nəfər cavabdeh olur.
Seçim bir sualdan başlayır: müştəri sizi artıq axtarır, yoxsa ona təklifinizi göstərmək lazımdır? Axtarış reklamı hazır tələbi tutur, sosial şəbəkə və video reklamı isə yeni tələb yaradır. Azərbaycan bazarında hər kanalın öz məhdudiyyəti də var:
| Kanal | Nə üçün güclüdür | Azərbaycan üçün vacib məqam |
|---|---|---|
| Instagram və Facebook reklamı | Tələb yaratmaq; Direct və WhatsApp-a yazışma gətirən reklamlar | Büdcə Meta-ya ödənilir; 1 sentyabr 2026-dan ƏDV əlavə oluna bilər |
| Google reklamı | Xidmətinizi artıq axtaranlar; YouTube video reklamı | Axtarışın təxminən 97%-i Google-dadır, amma Google Ads-də Azərbaycan dili hədəfləməsi yoxdur |
| TikTok reklamı | Qısa videolarla gənc auditoriyaya çıxış | Azərbaycan TikTok-un self-servis hesab siyahısında yoxdur (noyabr 2025); hesab TikTok-un bu ölkə üçün təklif etdiyi yolla sizin adınıza açılır |
| Telegram reklamı | 1000+ abunəçili ictimai kanallarda sponsorlu mesajlar; kanal və bot böyütmək | Kampaniya sizin öz self-servis hesabınızda gedir; büdcəni Fragment vasitəsilə Gram (keçmiş Toncoin) ilə siz yükləyirsiniz |
Axtarış payları StatCounter-in 2026-cı il avqust məlumatlarıdır və təxmini göstəricidir. Google məsələsini ayrıca qeyd edim: Google Ads-də Azərbaycan dili hədəfləmə dilləri siyahısında yoxdur və Azərbaycan dilində reklam mətni «Unsupported language» (dəstəklənməyən dil) qaydası ilə rədd edilə bilər. Ona görə Azərbaycan auditoriyası üçün kampaniyada adətən rus və ya ingilis dilində reklam mətnləri (onları mən yazıram) və uyğun landing versiyası da planlaşdırılır. Kanalların ətraflı müqayisəsini hansı reklam daha effektivdir yazısında açmışam.
SMM xidməti sosial şəbəkə səhifənizin gündəlik işini aparmaqdır: məzmun planı, paylaşımların yerləşdirilməsi, izləyicilərlə ünsiyyət. Nə paylaşılacağını və paylaşımlar üçün foto və videoları kimin hazırlayacağını işin əvvəlində sizinlə müzakirə edib razılaşırıq. Reklam isə təklifinizi seçilmiş auditoriyaya ödənişli şəkildə göstərməkdir və konkret nəticəyə — müraciət, mesaj, satış — yönəlir. Biri digərini əvəz etmir: reklam insanları profilinizə gətirir, zəif və boş profil isə reklamın səmərəsini aşağı salır. SMM Basic paketi iki platformada sosial media idarəetməsi və məzmun təqvimidir; Growth paketində buna seçdiyiniz iki kanalda reklam əlavə olunur.
Kampaniya işə düşməzdən əvvəl izləmə qurulur, çünki onsuz platforma müraciət və satışı görmür və yalnız kliklərə görə optimallaşdıra bilir:
Mümkün olduqda CRM-dəki nəticələri də platformalara geri ötürürük: hansı müraciətin həqiqətən satışa çevrildiyini bilən alqoritm sonra məhz belə müştəriləri axtarır. Aylıq hesabatda xərc, müraciətlər, zənglər və satışlar, bir nəticənin qiyməti və növbəti ayın planı olur. Müraciət sayına zəmanət vermirəm, amma büdcənin hara xərcləndiyini və nə qaytardığını dəqiq görürsünüz.
Reklam büdcəsi paket qiymətinə daxil deyil və birbaşa platformaya ödənilir: məbləği siz müəyyən edirsiniz, əksər platformalarda isə onu kampaniya gedişində dəyişmək olur. Büdcəniz mənim əlimdən keçmir: kampaniyaları qurub idarə edirəm, ödənişi isə siz edirsiniz. Ödəniş üsulları ölkəyə və platformaya görə fərqlənir, vergi statusunuzdan asılı olaraq büdcəyə yerli ƏDV əlavə oluna bilər.
İki istisnanı əvvəlcədən bilmək yaxşıdır. Azərbaycanda TikTok reklam hesabı TikTok-un bu ölkə üçün təklif etdiyi yolla sizin adınıza açılır, ödəniş qaydası da həmin yoldan asılıdır. Telegram-da isə kampaniya rəsmi platformada sizin öz self-servis hesabınızda gedir və balansı Fragment vasitəsilə Gram kriptovalyutası ilə siz doldurursunuz: Telegram-ın şərtlərinə görə balansdakı vəsaiti geri çıxarmaq və ya qaytarmaq olmur, yaradılmış reklamın büdcəsini də sonradan azaltmaq mümkün deyil. Ona görə şirkətlərdə mühasibat məsələsini işə başlamazdan əvvəl müzakirə edirik.
Hamısını birdən açmaq lazım deyil. Adətən müştərilərinizin olduğu bir-iki kanalla başlayırıq, məlumat toplandıqca büdcəni ən yaxşı işləyən kanala yönəldir, sonra yenilərini əlavə edirik. Kanallar bir-birini yaxşı tamamlayır: məsələn, Google axtarışından sayta girib heç nə yazmadan çıxan insana sonra Instagram-da təklifi xatırlatmaq olar. Growth paketi seçdiyiniz iki kanalı vahid strategiyada birləşdirir, Full-funnel isə dörd kanalın hamısını, kampaniya üçün landing səhifəsini, e-poçt və retargetinqi, ayrıca hesabat dashboard-unu əhatə edir.
Reklam büdcəsi birbaşa platformaya ödənilir və paket qiymətinə daxil deyil.
Bir ölçülə bilən məqsəd seçirik — müraciət, zəng, mesaj və ya satış — və mövcud vəziyyətə baxırıq: sayt, sosial şəbəkələr, keçmiş kampaniyalar və reklam hesabları.
Kanalları tələbə, auditoriyaya və ölkəyə görə seçirəm: artıq axtaranlar üçün Google, tələb yaratmaq üçün Instagram, Facebook və TikTok, niş icmalar üçün Telegram.
İşə salmadan əvvəl konversiya izləməsi qurulur: Meta Pixel və Conversions API, Google tag və GA4, TikTok Pixel və Events API, Telegram üçün UTM teqləri.
Foto, video və bannerləri siz təqdim edirsiniz, reklam mətnlərini isə mən yazıram. Hər platformaya lazım olan format və ölçüləri əvvəlcədən deyir, mətn və materialları işəsalmadan əvvəl platforma qaydalarına görə yoxlayır, kampaniyaları bir neçə reklam və auditoriya variantı ilə işə salıram.
Büdcəni müraciətin daha ucuz başa gəldiyi reklam və auditoriyalara yönəldir, işləməyəni dayandırır, yeni fərziyyələri sınaqdan keçirirəm.
Hər ay aydın hesabat alırsınız: xərc, müraciətlər, bir nəticənin qiyməti və növbəti ayın planı. Full-funnel paketində ayrıca dashboard da var.
Xeyr. Reklam büdcəsini siz birbaşa platformaya — Meta, Google, TikTok və ya Telegram-a — ödəyirsiniz; Azərbaycanda TikTok reklam hesabı TikTok-un bu ölkə üçün təklif etdiyi yolla sizin adınıza açılır və ödəniş də həmin yolla aparılır. Mənim xidmətim strategiya, qurulma və idarəetmədir, büdcə isə mənim əlimdən keçmir. Vergi statusunuzdan asılı olaraq büdcəyə yerli ƏDV əlavə oluna bilər: məsələn, ödəniş ünvanı (Sold to) Azərbaycanda olan hesabda təsdiqlənmiş VÖEN yoxdursa, Meta 1 sentyabr 2026-dan büdcəyə 18% Azərbaycan ƏDV-si əlavə edir.
SMM Basic — iki platformada sosial media idarəetməsi — ayda 400 AZN-dən başlayır. Reklamın idarəsi Growth paketindən başlayır: seçdiyiniz iki kanal üçün ayda 700 AZN-dən. Dörd kanalın hamısı və kampaniya üçün landing daxil olan Full-funnel isə ayda 1200 AZN-dən. Reklam büdcəsi ayrıca ödənilir.
Sizi artıq axtarırlarsa, axtarışdan başlayırıq — Azərbaycanda bu, praktiki olaraq Google deməkdir. Məhsulu hələ tanımayanlara göstərmək lazımdırsa, Instagram, Facebook və TikTok. Telegram isə kanal və bot auditoriyası üçün uyğundur.
Reklam mətnlərini bütün kanallarda mən yazıram: Google elanlarının başlıq və təsvirlərini, Meta və TikTok mətnlərini, Telegram-ın sponsorlu mesajlarını. Reklam üçün foto, video və bannerləri isə siz təqdim edirsiniz; hər platformaya lazım olan format və ölçüləri əvvəlcədən deyir, hər şeyi işəsalmadan əvvəl platforma qaydalarına görə yoxlayıram. SMM-də paylaşımların məzmunu və materialları işin əvvəlində sizinlə razılaşdırılır.
İşə salmadan əvvəl hər kanalda konversiya izləməsini qururam, hər ay isə hesabat göndərirəm: neçə müraciət, zəng və satış gəlib, hər nəticə neçəyə başa gəlib. Full-funnel paketində ayrıca dashboard var.
Həmişə yox: Instagram reklamı Direct-ə və ya WhatsApp-a yönləndirə bilər, Meta və TikTok-da hazır müraciət formaları var. Amma axtarış reklamı və onlayn satış üçün izləməsi qurulmuş sürətli landing adətən daha yaxşı işləyir. Full-funnel paketində landing daxildir, digər hallarda onu ayrıca hazırlaya bilərəm.
Sizə. Kampaniyalar sizin öz reklam hesablarınızda işləyir, mənə isə yalnız idarəetmə icazəsi verirsiniz. Azərbaycan TikTok-un self-servis hesab siyahısında olmadığı üçün TikTok hesabı bu ölkə üçün təklif olunan yolla açılır, amma yenə sizin adınıza. Əməkdaşlıq bitəndə hesablar, auditoriyalar və statistika sizdə qalır.
Veb + SEO + Marketing paketini birləşdir — bir müqavilədə qənaət et.
Sifariş et